Kaliforniya sahillərində tankerlərdə milyonlarla barrel neft qalıb

257

Koronavirusun yayılması neftə olan tələbatı kəskin azaldıb, nəticədə milyonlarla barrel neft tankerlərdə qalıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, koronavirus ABŞ-da neft qiymətlərinə mənfi təsir edir. Alıcı olmadığı üçün neft tankerləri Kaliforniya sahillərində 20 milyon barrellik rekord həcmdə yüklə açıq dənizdə gözləməyə başlayıb. Üstəlik yükü boşaltmağa da yer yoxdur.

Bu rekord göstərici normal dövrdə qlabal miqyasda gündəlik neft istehlakının beşdəbirini təşkil edirdi.

“Reuters”in məlumatına görə, dünya miqyasında dənizlərdəki tankerlərdə 160 milyon barrel neft qalıb.

Qeyd edək ki, 2019-cu ildə sutkada 100 milyon barrel olan neft tələbatı koronavirus səbəbindən bu ilin aprel ayında 70 milyon barrelə qədər azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır