Bakı Limanında yükaşırma 23% artıb

266

“Koronavirus (COVID-19) pandemiyası beynəlxalq yükdaşımalarda fasilə yaratmayıb”.

“Report” xəbər verirki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin rəhbəri Rüstəm Əzimov bildirib. 

Onun sözlərinə görə, bu ilin I rübündə Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında ümumi yükaşırmanın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 23% artıb: “O cümlədən təkərli texnikaların dovriyyəsi təxminən 39%, quru yüklərin aşırılması isə təxminən 3 dəfə artıb”.