Səudiyyə Ərəbistanı ABŞ istiqamətindəki tankerlərin marşrutunu dəyişdirə bilər

278

Ər-Riyad ABŞ-a yola düşən 19 neft tankerinin yönləndirilməsi imkanlarını öyrənir.

“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu, ABŞ prezidenti Donald Trumpın krallıqdan neft idxalının məhdudlaşdırılması ilə bağlı qərar verdiyi halda baş verəcək.

Buna qədər isə ABŞ-ın Energetika Nazirliyinin rəhbəri Den Bruyett bildirib ki, Tramp ölkənin neft-qaz sektoruna dəstək vermək üçün bütün variantları nəzərdən keçirir. Bunların arasında Səudiyyə Ərəbistanından neft idxalına qadağanın qoyulması da mövcuddur.

ABŞ-ın sahilləri boyunca Səudiyyə Ərəbistanı neftinin əsas alıcıları yerləşir. Krallıqdan təxminən 40 milyon barel “qara qızıl” bu ölkəyə göndərilir.

Mümükündür ki, Ər-Riyad “tamamilə doldurulmuş” görünsə də, Avropa ölkələrinə neft təklif etməyə çalışacaq. Bununla belə, mütəxəssislər iddia edirlər ki, səudiyyəlilər nefti aşağı qiymətlərlə təklif etsələr, onu  alacaqlar.