OPEC ilin ortasında neftin qiymətinin 40 dollar olacağını proqnozlaşdırır

248

Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) ilin ortasında neftin bir barrelinin qiymətinin 40 dollar olacağını gözləyir.

Baki-xeber.com xəbər verir ki, bunu Əlcəzairin energetika naziri Məhmməd Abkar deyib. M. Akrab həm də 2020-ci ilin dekabrına qədər OPEC konfransının prezidenti vəzifəsini icra edir.”Təşkilat (OPEC – red.) bu ilin ikinci yarısında neftin bir barrelinin qiymətinin təxminən 40 dollar olacağını gözləyir. May və iyun aylarında neftin qiyməti orta hesabla 35 dollara qədər artacaq” – deyən M.Abkar əlavə edib ki, bu tendensiya “neft hasilatının azaldılması ilə bağlı razılaşmanın həyata keçirilməsi” ilə əlaqədar olacaq.