2020-ci ildə SOCAR Belarusa 4 milyon barrelə yaxın neft nəql edib

302

2020-ci ilin əvvəlindən SOCAR şirkəti Belarusa 3,83 milyon barrel neft nəql edib. Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

“İlin əvvəlindən SOCAR Belarusa 2,05 milyon barrel Azərbaycan nefti və 1,78 milyon digər ölkələrin neftini göndərib”, – Əhmədov “Vestnik Belneftexima” jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, SOCAR Tradinq Azərbaycan və digər ölkələrin neftinin satışı üzrə əməliyyatların çoxunu spot sazişlər əsasında həyata keçirir. “Yəni, biz əsasən birdəfəlik sazişlər, daha sonra isə alıcının tələbindən irəli gələn yeni razılaşmalar bağlayırıq. Həmçinin xarici ticarət əməliyyatlarımız bütün dünyada həyata keçirilir. Əlbəttə ki, Azərbaycan neftinin əsas istehlakçıları Aralıq dəniz hövzəsi ölkələri və qismən Qara dəniz hövzəsi ölkələridir. Həmçinin Belarusa neft nəqlinə dair rahat logistika imkanı hazırlanıb”, – Əhmədov qeyd edib.

O əlavə edib ki, SOCAR 2020-ci ildə 1 milyon ton həcmində Azərbaycan neftinin Belarusa nəqlinə dair sazişin imzalanması niyyətindən məmnundur.”Belneftexim” konserni etibarlı tərəfdaşımızdır və biz qarşılıqlı səmərəli şərtlərlə Belarus NEZ-də emal üçün neft satışını həyata keçirməyə hazırıq. Hazırda elan olunan pandemiya və həyata keçirilən karantin tədbirləri əlaqələrimizə dair əlavə qərarların qəbul edilməsinin operativliyinə məhdudiyyət qoyur. Lakin bu müvəqqəti maneədir. Biz həm spot şərtlərlə, həm də uzunmüddətli əsasda neft nəqlini nəzərdən keçiririk. Yaxın aylarda uzunmüddətli əməkdaşlığa dair qərarın qəbul edilməsini ehtimal etməyə əsas var”, – Əhmədov vurğulayıb.

Onun sözlərinə görə, SOCAR Odessa yaxınlığında “Yujnıy” limanına neft çatdırır. Sonra Belarus tərəfdaşları neftin öz NEZ-lərinə nəql üçün optimal logistika yolu seçirlər.

Xəbər verildiyi kimi, mart-aprel aylarında SOCAR Tradinq (SOCAR-ın törəmə strukturu) Belarusun “Belneftexim” konserninə dörd partiya neft nəql edib. **

A.Əzizov