Qüdrət Qurbanovdan dənizçilərimizlə bağlı nümunəvi addım

486

Qüdrət Qurbanovdan dənizçilərimizlə bağlı nümunəvi addım

2020-ci ilin yanvar ayında bir neçə dələduz tərəfindən işlə təmin olunma adı ilə aldadılaraq Mavritaniya İslam Respublikasının Nadibu şəhərinə aparılan 4 dənizçimizə,
Azərbaycan Respublikası Dövlət Dəniz Agentliyinin rəisi cənab Qüdrət Qurbanov öz yardım əlini uzatdı. Belə ki, dənizçilərimizin orda yaranan otel və qidalanma borcunu öz üzərinə götürən Qüdrət bəy, dənizçilərimizin tezliklə vətənə, öz ailələrinin yanına qayıtmaları üçün də yol nəqliyyat xərcini qarşılayıb.

Qüdrət bəyə bu nümunəvi addımına görə “Azərbaycan Dənizçilər” ictimai birliyi və ümumən dənizçilər adından öz dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə “Azərbaycan Dənizçilər” ictimai birliyinin sədri

İlham Rafiq oğlu Nəsirov

E-mail: [email protected]

Web site: www.adib.az