Bakı Limanı xarici sürücülər üçün “COVID-19 İnformasiya Mərkəzi”ni işə salıb

291

Bakı Limanı “WhatsApp” və “Telegram” kanallarında çat-bot prinsipi ilə işləyən “COVID-19 İnformasiya Mərkəzini” işə salıb.

Bakı Limanından “APA-Economics”ə verilən məlumata görə, bu tədbir, yeni növ koronavirusun (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində limanının ərazisinə daxil olan xarici sürücülərin rahatlığı üçün həyata keçirilib.