Bu gün Xəzər Avropa Klubu (Caspian Energy Club) tərəfindən keçirilən B2B Transport Forumun proqramı çərçivəsində onlayn konfransı baş tutub.
Demokrat.az xəbər verir ki, Bakı Limanı tərəfindən iclasda Baş direktorun müavini Əkbər Kərimov iştirak edib.
COVID-19 pandemiyasi ilə mübarizə çərçivəsində Limanda həyata keçirilən tədbirlər haqqında məlumat verilib.
Həmçinin, iclas zamanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Bakı Limanının təşəbbüsü ilə həyata keçirilən ATƏT-in “Xəzər dənizi regionunda yaşıl limanların və bağlılığın təşviqi” layihəsi barədə ölkəmizə nə qədər əhəmiyyətli olduğu ilə əlaqədar məlumat verib.
Bakı Limanının Baş direktorunun müavini Əkbər Kərimov onlayn konfransın iştirakçılarına layihənin hazırkı vəziyyəti, mövcud platformalarla layihə çərçivəsində vahid bir sistemin yaradılması barədə məlumat verib.