Qvineya körfəzində dəniz quldurları 16 dənizçini OĞURLADI

378

Dəniz quldurlarının hücumları səbəbiylə dünyanın ən təhlükəli dəniz bölgəsi olaraq bilinən Qvineya körfəzində son 4 gündə 16 dənizçinin qaçırıldığı bildirilib.

Beynəlxalq dəniz saytlarının xəbərinə görə 1-4 may tarixlərində Qvineya körfəzi sərhədləri içərisində yer alan Nigeriya və Qabon sahilləri 3 quldur gəmi hücumuna məruz qalıb.

May ayının əvvəlində quldurlar Nigeriya sahillərində Panamaya məxsus neft daşıyan gəmilərdən birini nəzarət altına alaraq 10 ekipaj üzvünü qaçırıblar.

Qaçırılan heyətin milliyyəti məlum deyil.

Digər hücumlar Qabondan kənarda “Amerger2” və “Amerger7” adlı balıqçı gəmilərinə baş verib. Quldurlar 3 indoneziyalı, 2 senegallı və 1 Cənubi koreyalı dənizçini girov götürərək özləri ilə aparıblar.

Gəmilərə hücumların həyata keçirildiyi Qvineya körfəzi dünyanın ən təhlükəli dəniz ərazisi kimi tanınır.

Beynəlxalq Dəniz Bürosunun (BİM) məlumatına görə, 2018-ci ildə 78 dəniz qulduru hücumunun qeydə alındığı Qvineya körfəzində bu say 2019-cu ildə 121-ə çatıb.

Qeyd edək ki, bütün dünyada dəniz qulduru hücumlarının 90 faizi Qvineya körfəzindədir.

F.Ağayeva
Sonxeber.az