“Titanik 2”nin təhvili 2 il gecikəcək

873

“Titanik 2” gəmisinin təhvil tarixi 2022-ci ilədək ertələnib.

XeberOxu.Az-ın məlumatına görə,  2013-cü ildən inşasına başlamılan gəmi 2400 nəfər sərnişin daşıma gücünə malik olacaq.

Bildirilir ki, təqdimatın uzanmasına səbəb maliyyə problemləri olub.

Qeyd edək ki, sözügedən gəmi 1912-ci ildə inşa edilən “Titanik” gəmisinin yeni versiyası olsa da, mühafizə və texnoloji sistem baxımından onda xeyli fərqlənir.

Onu da bildirək ki, “Titanik” gəmisinin batmasından ilham alan Ceymz Kemeron Leonardo DiKaprio və Keyt Uinsletin baş rolda oynadığı eyniadlı filmə imza atıb. Ekran işi 1988-ci ildə 14 nominasiya üzrə namizəd olduğu “Oskar” mükafatlarının 11-ni qazanıb.