Neftin qiyməti 31 dolları keçdi

329

Ötən gecə dünya birjalarında “Brent” markalı neftin qiyməti uzun müddətdən sonra ilk dəfə 31 dolları keçib.

Oxu.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 9:15-də sözügedən markadan olan neftin fyuçersləri cüzi azalaraq, bir barelə görə 30,99 dollara satılıb.

WTI markalı yüngül neftin bir barelinin qiyməti 24,55 dollardır.