Birinci vitse-prezident Mehriban Əliyeva Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

247

Birinci vitse-prezident Mehriban Əliyeva 28 May – Respublika günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Trend-in məlumatına görə, təbrik Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində yerləşdirilib.

Təbrikdə deyilir:

“Bütün Azərbaycan xalqını 28 May – Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına möhkəm cansağlığı, sevinc, sevgi və səadət arzulayıram! Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun!”.

Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy müstəqilliyimiz əbədi olsun! Uca Tanrı doğma Azərbaycanımızı qorusun! (FOTO) - Gallery Image