Bərdə rayonunda yeni üzən stansiya istifadəyə verilib

254

Bərdə rayonunun Məmmədli kəndi ərazisində Kür çayı üzərində ikiaqreqatlı elektrik nasos stansiyası tikilərək istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əkinlərin suvarılması üçün 920 millimetr diametrində 5200 metrlik təzyiqli metal boru kəmər çəkilib. Yeni tikilən qurğu vasitəsilə 1000 hektar, o cümlədən 750 hektar əkin və həyətyanı sahələrin və 250 hektar pambıq əkiləcək yeni sahənin suvarılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır