ARDNF bu il AÇG və “Şahdəniz”dən 2,2 mlrd. dollardan çox gəlir əldə edib

196

Bu il (01.01.2020 – 01.06.2020 tarixlərində) Azərbaycan Respublikası Neft Fondunun (ARDNF) “Azəri-Çiraq-Günəşli” (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 2 106 mln. ABŞ dolları təşkil edib.

ARDNF-dən “APA-Economics”ə verilən məlumata görə, o cümlədən, hesabat dövrü “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 120 mln. ABŞ dolları olub.

Məlumata əsasən, “Şahdəniz” yatağı üzrə qazın satışından əldə olunan gəlirlər bu il 66 mln. dollar təşkil edib.