TRACECA-nın Azərbaycan üzrə milli katibi – VƏFAT EDİB

384

Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRACECA) üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan üzrə milli katibi Akif Mustafayev vəfat edib.

FED.az biznes portalı “APA-Economics”ə istinadən xəbər verilir ki , bu barədə TRACECA Katibliyindən açıqlama verilib. 

“Bu faciəli hadisə təkcə yaxın və əzizləri üçün deyil, həm də bütün TRACECA ailəsi üçün böyük itkidir”, – məlumatda qeyd edilir.Qeyd edək ki, A. Mustafayev ürək tutmasından həyatını dəyişib.

Xatırladaq ki, Akif Mustafayev 1947-ci ilin fevralın 17-də anadan olub. Evli idi, iki övladı var. O, 2002-ci ilin fevralından TRACECA üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan üzrə milli katibi vəzifəsində çalışıb. İndiyədək fəaliyyəti nəticəsində bu mühüm nəqliyyat dəhlizinin inkişafı və reallaşması üçün böyük xidmətləri olub. 

Allah rəhmət eləsin!