İran hərbi təlim keçirəcək

225

İran İnqilab Keşikçiləri Qvardiyası yaxın günlərdə ölkənin qərbində hərbi təlimlər keçirəcək.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu qvardiyanın Şəhid Şehramfer qərargahının komandanı general Seyid Sadık Hüseyn bildirib.

“İnqilab Keşikçiləri Qvardiyası Kürdüstan əyalətində illik hərbi təlim keçirəcək”, – o vurğulayıb.

Generalın sözlərinə görə, təlimdə Şəhid Şehramfer qərargahının hərbçiləri ilə yanaşı, qvardiyanın quru qoşunları da iştirak edəcək.