İndoneziyada balıqçı qayığı aşıb – 10 nəfər itkin düşüb

233

İndoneziyanın qərbindəki Zond boğazında balıqçı qayığının aşması nəticəsində azı 10 nəfər itkin düşüb.

Trend-in məlumatına görə, qayıq güclü dalğalar nəticəsində aşıb.

Qayıqda 16 balıqçı olub. Onlardan 6 nəfəri xilas edilib. Digər 10 nəfərin axtarışları davam etdirilir.