Azərbaycan 5 ayda Körfəz ölkələrindən ən çox İrana məhsul göndərib

236

Cari ilin yanvar-may aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər qərarlaşıb.

AZƏRTAC Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, İrana ixracın dəyəri 13 milyon dollar, BƏƏ-yə 4,5 milyon dollar, Qətərə isə 939 min dollar olub. İran və Birləşmiş Ərəb Əmirliklərinə ixracın dəyərində azalma, Qətərə isə artım müşahidə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır