AÇG və “Şahdəniz”dən hasilat və ixrac göstəriciləri açıqlanıb

248

İstismara veriləndən iyunun 1-dək olan dövrdə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından 537 mln tondan çox neft (kondensatla birlikdə), 295,2 mlrd kubmetr qaz hasil edilib.

Energetika Nazirliyindən “Report”a verilən məlumata görə, bu yataqlardan 538,6 mln ton neft (kondensatla birlikdə), 82,6 mlrd kubmetr qaz isə ixraca nəql olunub.