Azərbaycan bu ilin beş ayında Belarusa 57 mln. dollarlıq neft satıb

218

Bu ilin yanvar-may aylarında Azərbaycan Belarusa 273,6 min ton neft ixrac edib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə Azərbaycandan Belarusa ixrac etdiyi neftin dəyəri 56,6 mln. ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ildən SOCAR Belarusa neftin tədarükünü bərpa edib. Şirkət bu ölkəyə Azərbaycan nefti ilə yanaşı, başqa istehsalçıların neftini də tədarük edir.

Xatırladaq ki, Belarus tərəfi bu il SOCAR-dan 1 mln. ton həcmində neft almaq niyyətindədir.