Azərbaycan Gürcüstana nəsli kəsilməkdə olan balığın bərpasında dəstək göstərib

245

Gürcüstanın Vəhşi Təbiət üzrə Milli Agentliyi ölkədə nəsli kəsilməkdə olan sıf balığının (Lucioperca) yetişdirilməsi üçün layihə həyata keçirir.

“Report”un yerli bürosu xəbər verir ki, layihə üçün Azərbaycan Gürcüstana 5-7 santimetrlik 1 000-ə yaxın körpə balıq təqdim edib.

Balıqlar yaradılmış xüsusi gölməçədə saxlanılır və artıq ölçüləri 16-31 santimetrə çatdırılıb.

Çoxaldılandan sonra balıqlar Kür və digər su hövzələrinə buraxılacaq.

Milli Agentlikdən qeyd olunub ki, Gürcüstanın su hövzələrində sıf balığının populyasiyası kəskin azalıb.