SOCAR: “Kütləvi ixtisardan söhbət gedə bilməz”

200

Bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə SOCAR-ın Təhlükəsizlik İdarəsində ixtisarların başlaması ilə bağlı məlumatlar dərc edilib. 

 “Report” yazılan məlumatları dəqiqləşdirmək üçün şirkətlə əlaqə saxlayıb. 

SOCAR-ın Təhlükəsizlik İdarəsindən verilən açıqlamada bildirilib ki, hazırda söhbət işçilərin ixtisarından yox, hərbiləşdirilmiş mühafizə komandalarının komplektləşdirilməsindən gedir:

“Bu normal bir prosesdir ki, idarənin strukturunda dəyişiklik baş verə bilir. Belə ki, bəzi postlar bağlanar, digər postlarla birləşdirilə bilər və ya ləğv olunan postlarda olan işçilər müsabiqə yolu ilə müxtəlif digər bölmələrə yerləşdirilə bilər. Bütün hallarda işçilərin qanunla müəyyən edilmiş hüquqlarının qorunması təmin edilir və hazırda kütləvi ixtisardan söhbət gedə bilməz”.