Beyrut limanında partlayış olub

291

Livanın paytaxtı Beyrutda baş verən ard-arda iki partlayışda azı 10 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Təhlükəsizlik orqanlarındakı mənbə bildirib ki, tibb müəssisəsinə 10 meyit gətirilib. Hadisə zamanı həmçinin yüzlərlə insanın xəsarət aldığı bildirilir. 20:50

Livanın paytaxtı Beyrutda baş verən ard-arda iki partlayışda azı 6 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Al Arabiya” yayıb.

Bildirilib ki, partlayışın səsi Kiprdə belə eşidilib.20:22

Livanın paytaxtı Beyrutda ard-arda partlayışlar olub.

“Report” “Al Arabiya”ya istinadən xəbər verir ki, hadisə nəticəsində səmada böyük qara tüstü ortaya çıxıb.

Partlayış episentrinə yaxın olan binaların şüşələri dağılıb.

Bildirilib ki, partlayış nəticəsində azı 1 nəfər ölüb.