Son dörd ayda 194 Qazaxıstan vətəndaşı Bakı Limanından ölkələrinə yola salınıb

391

Koronavirus pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan daha 16 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 11 Azərbaycan vətəndaşı Qazaxıstana yola salınıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Merkuri 1” bərə gəmisi ilə yola salınan vətəndaşlar ilk olaraq Bakı Limanında koronavirusun aşkarlanması ilə bağlı testdən keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.

Xatırladaq ki, cari ilin mayın 13-dən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 4 ay ərzində isə ümumilikdə 194 Qazaxıstan vətəndaşı və 111 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır