Qazaxıstandan daha 73 nəfər gəmi ilə ölkəmizə yola salındı

307

Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir. Azərbaycan hökuməti koronavirus (COVID-19) infeksiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlər ilə əlaqədar) Qazaxıstanda qalan daha 73 vətəndaş ölkəmizə yola salınıb.

Azərbaycanın Aktaudakı baş konsulluğundan AZƏRTAC-a verilən məlumata əsasən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Həsən Əliyev” (3 nəfər), “Merkuri” (34) və “Professor Gül” (36 nəfər) bərə gəmiləri ilə yola salınan vətəndaşların hamısı COVID-19 infeksiyası ilə bağlı testdən keçiblər.

Qeyd edək ki, bu günə qədər baş konsulluq vasitəsilə Aktau limanından ümumilikdə gəmi ilə 389 nəfər artıq vətənə göndərilib.

Baş konsulluqda Azərbaycana təxliyəni gözləyən vətəndaşların qeydiyyat prosesi davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır