Yunanıstanda gəmi partlayıb – Yaralananlar var

305

Yunanıstanın Krit adasında İraklion limanında “Blue Star Horizon” gəmisi partlayıb.

Trend-in məlumatına görə, partlayış gəminin maşın bölməsində qeydə alınıb.

Hadisə nəticəsində dörd nəfər xəsarət alıb. Onlardan bir nəfərinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə zamanı gəmidə sərnişin olmayıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.