Beyrutda təhlükəli maddələrlə dolu 79 konteyner aşkarlandı

267

Livan hərbçiləri avqustun 4-də güclü partlayışların baş verdiyi Beyrut dəniz limanında təhlükəli kimyəvi maddələrlə dolu 79 konteyner aşkar ediblər.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, liman ərazisində fransız ekspert qrupu ilə araşdırmalar aparan mühəndis qüvvələrinin xüsusi bölməsi 14-22 avqustda 25, daha sonra isə 54 konteyner tapıblar.

Hərbçilər kimyəvi maddələrin həyat üçün təhlükə yaratmaması üçün lazımi təhlükəsizlik tədbirləri görüblər.

Qeyd edək ki, Beyrutdakı partlayışa görə 19 məmur həbs edilib. Onların arasında beyrut limanının baş direktoru Həsən Kreytemlə gömrük xidmətinin rəhbəri Bədri Daher də var.

Xatırladaq ki, partlayış nəticəsində 160 nəfər ölmüş, 5 mindən çox insan isə yaralanmışdı.