SOCAR-ın “Neftqaztikinti” tresti müxtəlif mal-materiallar və santexnika materiallarının satın alınması məqsədilə iki lot üzrə tenderin müddətinin uzadılmasını elan edib.
Tenderdə iştirak etmək üçün müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi təqdim edilməlidir.
Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci sentyabrın 30-u, Bakı vaxtı ilə saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində satınalan təşkilatın elanda göstərilmiş ünvanına təqdim olunmalıdır.
Müsabiqə təklifi bir əsli və iki surəti olmaqla ən geci 8 oktyabr 2020-ci il, saat 11:00-a qədər satınalan təşkilata təqdim olunmalıdır.
Müsabiqə təklifi ayrı-ayrılıqda maliyyə və texniki təklifdən ibarət olmaqla hazırlanmalı və təqdim edilməlidir.
Müsabiqə zərflərinin açılışı günü texniki təklif ayrı, maliyyə təklifi ayrı zərflərdə qəbul ediləcək.
Müsabiqə təkliflərinin açılışı iki mərhələli formada yerinə yetiriləcək. Yəni, maliyyə və texniki təkliflər hər biri möhürlənmiş ayrı zərfdə qəbul edildikdən sonra ilk olaraq texniki təkliflərin qiymətləndirilməsi aparılacaq.
Texniki və maliyyə təkliflərini eyni zərfdə təqdim etmiş iddiaçıların təklifləri qəbul edilməyəcək.
Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaq.
Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan və ya ingilis dilində əldə etmək istəyənlər LOT-1 üzrə – 236 AZN (ƏDV ilə), LOT-2 üzrə isə 59 AZN (ƏDV ilə) və ya ekvivalent məbləğdə sərbəst dönərli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın həftənin istənilən iş günü saat 09:30-dan 17:00-a kimi ala bilərlər.