Əlcəzair səfiri Azərbaycandakı azad ticarət zonası ilə tanış olmaq istəyir – FOTO

280

Əlcəzair Xalq Demoktatik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səlimə Abdelhaq Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun sədri Valeh Ələsgərovla virtual görüş keçirib.

Bu barədə Əlcəzairin Bakıdakı səfirliyi məlumat yayıb.

Görüş zamanı səfir xanım Səlimə Abdelhaq azad ticarət zonası ilə ətraflı tanış olmaq istəyib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Sonra digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.