Ötən 5 ayda 240 Qazaxıstan vətəndaşı Bakı Limanından ölkələrinə yola salınıb

247

COVID-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan və bu ölkədə yaşamaq hüququ olan 14 Azərbaycan, 7 Qazaxıstan və bir Gürcüstan vətəndaşı bu gün Qazaxıstana yola salınıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri 1” bərə gəmisi ilə yola salınan vətəndaşlar ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə əlaqədar testdən keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.

Xatırladaq ki, cari il mayın 13-dən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 5 ay ərzində isə ümumilikdə 240 Qazaxıstan vətəndaşı və 159 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır