ADDA-da müəllimlər üçün təlimlər başlayıb

324

Azərbaycan Dövlət Dəniz Akademiyasının 2, 3 və 4-cü tədris ilində təhsil alan tələbələri 2020/2021-ci tədris ilinin payız semestrinə 15 sentyabr tarixindən distant formada başlayacaqlar. Ötən semestrdə olduğu kimi bu dəfə də məsafədən tədris Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tövsiyə edilən “Microsoft Teams” platforması üzərindən aparılacaq.

Akademiyanın rektoru Heydər Əsədovun imzaladığı əmrə əsasən bu gündən etibarən 2 gün ərzində ADDA-nın professor-müəllim heyəti üçün təlimlər keçirilir. Təlimin məqsədi ötən semestrdə “Microsoft Teams” platformasından istifadə zamanı müəllimlərin qarşılaşdığı problemləri müzakirə edərək onların aradan qaldırılması və yeni semestrdə təlim-tədris prosesinin məsafədən təşkili üçün bu platformanın imkanlarından daha səmərəli istifadə etməkdir.

Təlimlərin nəticələrinin qiymətləndirilməsi məqsədilə sentyabrın 14-də imtahan keçirilməsi nəzərdə tutulur.

Mənbə:http://adda.edu.az/