“Dəniz” qəzetinin növbəti nömrəsi işıq üzü görüb

234

“Dəniz” qəzetinin növbəti –  11 sentyabr 2020-ci il tarixli nömrəsi işıq üzü görüb.

Bu sayda Azərbaycan üzərindən daşınan tranzit yük axınlarının davamlılığının təmin edilməsi üçün həyata keçirilən tədbirlərdən, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin  səmərəli fəaliyyətinin  diqqətdə saxlanılmasından, “İlin ən yaxşı mexaniki”nin arzu və diləklərindən, üçrəngli bayrağımızı xarici sularda dalğalandırmaqdan qürur duyan dənizçilərimizdən, vətəndaşlarımızın “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmi-bərələri ilə xarici ölkələrdən təxliyə edilməsindən, bütün məcburi köçkünlər kimi qubadlıların da öz doğma torpaqlarına  geri dönəcəklərinə böyük inamdan, Ermənistanın işğal etdiyi ərazilərdə sudan ekoloji terror vasitəsi kimi istifadə etməsindən, müxtəlif təyinatlı gəmilərimizin təmirdən sonra açıq sulara qaytarılmasından, Azərbaycan Dövlət Dəniz Akademiyasının yeniyetmələrə istisas seçimi zamanı diqqətli olmağı məsləhət görməsindən, Azərbaycanın ev sahibliyi etdiyi “Dəniz kuboku” müsabiqəsinin yüksək səviyyədə təşkilindən, təbii su hövzələrinə müxtəlif növ balıq körpələrinin buraxılmasından, ASCO-nun təyinatından asılı olmayaraq bütün gəmilərinin mütəmadi dezinfeksiya edilməsindən, Xristofor Kolumbun Amerikanın varlığını türk dənizçilərindən öyrənməsindən, Şimal qütbünü fəth etmək istəyən Amundsenin Cənub qütbünə niyə üz tutmasından,   dünya sularında baş verən hadisələrdən, gəmiçiliklə bağlı yeniliklərdən… bəhs edən yazılarla tanış ola bilərsiniz.

Daha ətraflı BURADAN oxuya bilərsiniz.

Mənbə:Seanews.az