ASCO-nun gəmiləri mütəmadi dezinfeksiya edilir

264

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Ağdam”, “Dağıstan”, “Bərdə”, “Akademik Həsən Əliyev”, “Abşeron-15     “, “Ağdərə-7”, “Bəstəkar Qara Qarayev”, “Merkuri 1”, “Professor Gül”, “Ullucay” gəmilərində, həmçinin “Bibiheybət” Gəmi Təmiri Zavodunun, Xəzər Dəniz Neft Donanmasının və Dəniz Nəqliyyat Donanmasının yeməkxanasında aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

Mənbə:seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır