Dubayda köpəkbalığını xatırladan üzən vasitə istifadəyə verilib

251

Dubayda “Seabreacher” adlı 2 nəfərlik dənizaltı, köpəkbalığı görünüşlü dizaynı ilə yanaşı yüksək texnologiyasıyla da diqqət çəkən suda üzə bilən vasitələrdən istifadəyə başlanılıb.

Əvvəl delfin şəklində hazırlanan, zamanla köpəkbalığı sürətini alan “Seabreacher” dəniz səthində 95 kilometr sürətlə hərəkət edə bilir.

Qeyd edək ki, son dərəcə həssas idarəyə sahib olan üzən vasitə yüksək sürətdə belə bir balıq qıvraqlığında manevr edir. Yırtıcı qorxunc görünüşə sahib olan dəniz vasitəsi həm də suyun altına girərək qatil balina kimi sıçrayışa sahibdir. Vasitənin ön tərəfi funksional köpəkbalığının ağızı formasında və təyyarələrdən ilhamlanaraq kokpitdən hazırlanıb.

Sherg.az