Geniş radiusu əhatə edən ilk dəniz LTE servisi istifadəyə verilib

227

Gəmi sahibkarlarının və gəmiçilik şirkətlərinin böyük əksəriyyətini məlumatların göndərilməsinə xərclənən böyük maliyyə vəsaiti narahat edir. Hazırda istifadə olunan servisin aşağı sürəti və keyfiyyətsizliyi dənizçilərin ehtiyaclarını ödəmir. Dənizdə istifadə olunan peyk rabitəsi bahalı olmaqla yanaşı məhdud radiuslu rabitəyə malikdir. Bu səbəbdən dənizdə 4G LTE xidməti daha yararlı hesab edilir.

“Seanews.az” xəbər verir ki,  “AMİ Marine” şirkəti 150 mbit sürətlə çalışan “X-LTE” sistemini dənizçilərə təklif edir.

Bu sistem digərlərinə nisbətən daha keyfiyyətli və ucuzdur. Peyk rabitəsi 60 dəniz mili məsafəsinə qədər çalışdığı halda “X-LTE” yüksək sürətlə limitsiz radiusda fəaliyyət göstərir.

İstənilən provayderlə çalışan bu sistemin məlumatı ötürmə qabiliyyəti adi smartfona nisbətən daha yüksəkdir. “X-LTE” sisteminin gəmilərdə quraşdırılması sıravi gəmi mexaniki tərəfindən belə rahat həyata keçirilə bilir.

Şirkətin təklif etdiyi sistemin SİM kart vasitəsilə gəminin olduğu ərazidə istənilən sayda rouminq tərəfdaşı ilə problemsiz əlaqə əldə etmək mümkündür.

“X-LTE” sistemi dənizdə məlumatların tez və maneəsiz ötürülməsi üçün ən əlverişli vasitədir.