Türkiyə Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarına uyğun olaraq hazırlanan ZAHA adlı zirehli amfibiya hücum vasitəsi daha bir mühüm mərhələni uğurla başa vurub

281

Ordu.az xəbər verir ki, zirehli maşın “Alabora” sınaqlarını tamamlayıb.

Sınaqlar zamanı suya daxil olan zirehli maşın uğurla suyun üzünə çıxa bilib.

Doğrulama fəaliyyətini uğurla başa vuraraq ZAHA tezliklə kvalifikasiya testlərinə başlayacaq.

Zirehli maşınlar Türkiyənin FNSS şirkəti tərəfindən istehal edilir. Türkiyə hökuməti ilə şirkət arasında 27 ZAHA zirehli maşının alınması üçün müqavilə imzalanıb.