Kabel çəkən gəmi Cənubi Koreyada yanğın zamanı batıb

234

“Responder” adlı kabel çəkən gəmi 12 saatdan çox davam edən yanğın söndürməsindən sonra Tsusima adasının (Şərqi Çin Dənizi, Cənubi Koreya) cənub-qərbində batıb.

“Seanews.az” xəbər verir ki, hadisə yanğınsöndürmə zamanı gəminin daxilində normadan artıq suyun qalması səbəbindən baş verib.

Məlumata görə, qəza zamanı xəsarət alan olmayıb.  Hazırda hadisənin səbəbləri araşdırılır.