ADK-ya qəbul olunan abituriyentlərin qeydiyyatı 06-12 oktyabr tarixlərində onlayn formada aparılacaq

251

Əziz tələbələr, Sizi Azərbaycan Dövlət Dəniz Akademiyası nəznində fəaliyyət göstərən Azərbaycan Dənizçilik Kollecinə qəbul olunmağınız münasibəti ilə təbrik edirik.

Nəzərinizə çatdırırıq ki, 2020/2021-ci tədris ili üzrə ADK-ya qəbul olunan abituriyentlərin sənədlərinin qeydiyyatı 06 oktyabr–12 oktyabr 2020-ci il aralığına onlayn formada aparılacaq.

Bunun üçün abituriyentlər aşağıdakı linkdən istifadə edərək qeydiyyatdan keçə bilərlər:

Tələb olunan ilkin sənədlər bunlardır:

  1. Şəxsiyyət vəsiqəsinin surəti
  2. Attestatın surəti
  3. Abituriyentin elektron ərizəsi (iş nömrəsi) və Fin kodu
  4. Sağlamlıq haqqında arayışın surəti (Arayışı yaşadığınız ərazi üzrə poliklinikadan ala bilərsiniz)
  5. 3×4 şəkil

Qeyd:

  1. Tələbə əyani dərslərə gələndə sənədlərin əslini gətirməlidir.
  2. Tələbələrin xüsusi geyim forması üçün aşağıdakı ölçüləri onlayn formada qeyd edilməlidir:
  1. Pencək
  2. Şalvar
  3. Köynək
  4. Palto
  5. Yubka (qızlar üçün)

      Yazılan ölçülərin dəqiqliyinə görə tələbə özü məsuliyyət daşıyır.

Mənbə:seanews.az