Atəşkəs rejiminə məhəl qoymayan Ermənistan Gəncədə dinc sakinləri hədəf aldı

226

Oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrinin intensiv atəşə tutmaqda davam edir.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, Ermənistan Gəncədə dinc sakinləri bir daha hədəf alıb. Gecə saatlarında ağır artilleriyadan atəşə tutulan bu qədim şəhərdə raketlərdən bir neçəsi yaşayış binalarına düşüb. Ölənlərin və yaralananların olduğu bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də Təcili Tibbi Yardım Briqadası cəlb olunub. Dağıntılar altında qalan insanların çıxarılması tədbirləri davam edir.

Düşmənin artilleriya zərbələri nəticəsində yaşayış binalarının yaxınlığında olan mağazalara, şəxsi avtomobillərə də ciddi ziyan dəyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır