Qlobal LNG ixrac qabiliyyəti 20 faiz artacaq

264

Qlobal miqyasda mayeləşdirilmiş təbii qazın (LNG) ixrac qabiliyyəti 20 faiz artacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb.

Bildirilir ki, qlobal miqyasda mövcud LNG tədarükü üzrə müqavilələrin təxminən üçdəbiri (təqribən 190 milyard kubmetr) qarşıdakı 5 il ərzində sona çatacaq, LNG ixrac qabiliyyəti isə 20 faiz artacaq, nəticədə tədarük bu inkişaflar fonunda formalaşacaq. 2025-ci ilədək azalan sövdələşmələr, müddəti bitən müqavilələr və tutum həcmi ilə LNG tədarükü bazarı yenidən formalaşacaq. Bu da bazar iştirakçıları üçün misli görünməmiş çətinlik və ya fürsət yaradacaq.

Aylıq qlobal LNG ixracı cari ilin yanvar-iyul aylarında 17 faiz azalıb. LNG müqavilələrinin həcmi 2018-ci ildəki ən yüksək 95 milyard kubmetrlik göstəricidən keçən il 74 milyard kubmetrə düşüb. Bu ilin 9 ayında isə 35 milyard kubmetr olub.

IEA-ya görə, cari ildə qlobal təbii qaz tələbatı 3 faiz və ya 120 milyard kubmetr azalacaq. İl ərzində təbii qaz tələbatında gözlənilən azalmanın təxminən 80 faizdən çoxu qaz istehlakındakı geriləmənin müşahidə olunduğu Avropa, Asiya və Şimali Amerikadakı inkişaf etmiş bazarlada formalaşacaq. İndiyə qədər qeydə alınan bu rekord azalma fonunda LNG qlobal qaz bazarının balanslaşdırılması və tədarük təhlükəsizliyində əsas rol oynamaqda davam edəcək. Təbii qaz tədarükünü balanslaşdırmağa çalışan istehsalçılar üçün isə LNG əsas rol oynayan amildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır