ASCO-da 2020-ci ilin ikinci rübü üzrə təhlükəsizlik hesabatı açıqlanıb

365

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) 2020-ci ilin ikinci rübü üzrə “Keyfiyyət Sağlamlıq Əməyin Təhlükəsizliyi və Ətraf mühitinin mühafizəsi haqqında hesabatı açıqlanıb.

Hesabatda rüb ərzində ASCO-da qeydə alınmış və yan keçmiş hadisələrin, daxili audit və monitorinqlərin, idarələr üzrə təkrarlanan nöqsanların sayı və statusu barədə məlumat verilib. Həmçinin, burada donanmalar və idarələrdə Keyfiyyət Sağlamlıq Əməyin Təhlükəsizliyi və Ətraf mühitinin mühafizəsi üzrə göstəricilərin  statistikası da əksini tapıb.

Qeyd olunub ki, 2020-ci ilin II rübü ərzində ASCO-nun bütün idarələri üzrə əmək qabiliyyətinin itirilməsinə yol verilmədən iş saatların miqdarı 2,978,470 saat təşkil edib.

Təhlükəsizlik hesabatında koronovariusla əlaqədar tətbiq olunan karanatin rejimi ilə bağlı ASCO-da həyata keçirilən tədbirlərdən də bəhs olunub.

Hesabatda II rüb ərzində dünya gəmiçiliyində baş verən qəzalar və onların kökdə duran səbəbləri haqqında da ətraflı məlumat verilib.

Həmçinin, təhlükəsizlik hesabatında cari ilin ikinci rübündə görülən işlər və qarşıdakı hədəflər barədə geniş məlumat verilib.

Mənbə:https://asco.az/