Yaponiyanın yalnız LNG ilə çalışan ilk avtomobil daşıyan gəmisi istismara verilib

323

“NYK” şirkəti yalnız LNG ilə çalışan “Sakura Leader” avtomobil daşıyan gəmisini istismara qəbul edib.

“Seanews.az” xəbər verir ki,  Yaponiyanın “Shin Kurushima Toyohashi Shipbuilding” gəmiqayırma zavodunda inşa edilmiş gəminin uzunluğu 199.9, eni isə 38 metrdir.

Dünyanın ən böyük avtomobil daşıyan gəmisi hesab edilən “Sakura Leader” gəmisinin tutumu 73.5 min tondur.