Yüksək mükafatlar sahiblərinə təqdim olunub

538

Prezident İlham Əliyevin 29 iyun 2020-ci il tarixli Sərəncamı ilə dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə təltif etdiyi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasının əməkdaşlarına mükafatlar təqdim olunub.

Yüksək mükafatları Dəniz Nəqliyyatı Donanmasının rəisi Çingiz Səfərov təqdim edib. O, dənizçiləri təbrik edərək gələcək işlərində uğurlar arzulayıb.

Dənizçilər əməklərinə verilən yüksək qiymətə görə cənab Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirib, onlara göstərilən etimadı bundan sonra da layiqincə doğruldacaqlarına söz veriblər.

Mənbə:https://seanews.az/