Koronavirusla əlaqədar ASCO-da qabaqlayıcı tədbirlər davam etdirilir

253

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

Müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Sumqayıt”, “Zəfər”, “MPK-474”, “PSK-40”, “PSK-45”, “PSK-48” gəmilərində, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun paltardəyişmə otaqlarında, Dəniz Nəqliyyatı Donanmasının yeməkxanasında aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.

Mənbə:https://seanews.az/