“TOGC 2020” neft-qaz konfransının formatı dəyişib

262

Noyabrın 16-17-də “BGS Online” platforması üzərindən keçiriləcək “Nəqliyyat, Neft və Qaz Konqresi 2020” (TOGC 2020) konfransında təsdiqlənmiş iştirakçılar arasında “Eni”, “Elinoil”, OMV, ADNOC, “Total”, “McDermott”, “ICGB”, “Gazprom”, “Snam”, “Saipem”, TANAP və digər neft və qaz şirkətləri, boru kəməri operatorları və EPC-lər var.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Bildirilir ki, Avropada səyahət məhdudiyyətlərinə cavab olaraq, “BGS Group” “Nəqliyyat, Neft və Qaz Konqresi 2020”ni yeni BGS onlayn platformasına keçirilməsinə qərar verib.

Qeyd edək ki, virtual konfrans, klassik, yüksək səviyyəli konfransların bütün əsas xüsusiyyətlərini qoruyacaq:

  • Yüksək səviyyəli şəbəkə vasitəsi ilə üz-üzə qarşılıqlı əlaqəni saxlayaraq az xərc və daha az risk ilə bir konqres təcrübəsi təmin ediləcək;
  • Onlayn rejimə keçdikdən sonra konfransdakı VIP nümayəndə və boru kəməri operatorlarının sayı 50% yüksəlib, çünki onlayn məkanda iştirakçı sayında məhdudiyyət yoxdur;
  • Onlayn konfransda, oflayn rejimlə müqayisədə bir neçə nəfərlə eyni vaxtda söhbət etmək və virtual iclas otaqları kimi rəqəmsal platforma imkanları sayəsində mümkün əlaqələrin sayı iki dəfə və “B2B”də iclasların sayı isə 3 dəfə artırıla bilər.

Xatırladaq ki, BGS onlayn platforması “BGS Group” tərəfindən dizayn və yaradılmış layihədir. Platforma, tədbirlərin təşkilindəki uzun müddətli təcrübə və ən yeni İT texnologiyalarını birləşdirərək BGS Qrupunun adi veb seminar və ya onlayn konfrans yerinə tam miqyaslı konqres təşkil etməsinə imkan yaradır. Tamamilə interaktiv platforma, oflayn konqresdən daha çox fayda və nümunə təmin edəcək.