Daha bir dənizçi şəhadətə qovuşdu…

449

II Qarabağ müharibəsində əldə olunan qələbənin sevinci illərlə yaşanacaq. Müzəffər Ordumuzun ard-arda qazandığı qələbələr, cəmi 45 günün içində 300 yaxın yaşayış məskəninin, onlarla əhəmiyyətli yüksəkliklərin əldə edilməsi Ordumuzun necə hərbi bacarığa malik olmasından xəbər verdi. Bu savaş ordumuzun dünya hərb tarixində özünün imzasını qoymaqla nəticələndi.

Bu qələbənin əldə olunmasında rəşadətli oğullarımızın vətən sevgisi, döyüş əzmi, xalqımızın ordu ilə birlikdə olması əsas idi.
Müstəqil.Az bildirir ki, belə oğullardan biri də gənc dənizçi, Azərbaycan Dövlət Dəniz Akademiyasının 2018-ci il məzunu, elektrik mexanniki İmanov Bayrı Mirzə oğludur. Salyan rayonun Qaraçala kəndindən olan şəhid dənizçi Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.
Arzusu dənizçi olmaq olan Bayrı, dəniz səviyyərindən 1500 metr yüksəklikdə, dünyanın tacı sayılan Şuşanın erməni qəsbkarlarından azad edilməsi uğrunda şəhadətini qazanıb.


Məkanı cənnət olsun! Qarabağ Azərbaycandır!