Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 46 miqrant saxlanılıb

235

Türkiyənin İzmir vilayətində ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 46 miqrant saxlanılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılan miqrantların iki rezin qayıqla Yunanıstana keçmək istədikləri müəyyən edilib.

Aralarında qadınlar və uşaqlar da olan miqrantlar tibbi müayinədən keçirildikdən sonra aidiyyəti qurumlara təhvil veriliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır