Azərbaycan dəniz məhsullarının ixracından gəlirini 2 dəfə artırıb

231

Bu il yanvar-oktyabr aylarında Azərbaycan 16,4 milyon ABŞ dolları dəyərində balıq və xərçəngkimilər, mollyusk və digər su onurğasızları idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 7,8% azdır.

Bundan başqa, 10 ay ərzində Azərbaycan 884 min ABŞ dolları dəyərində dəniz məhsulları ixrac edib ki, bu da illik müqayisədə 2 dəfə çoxdur.