Azərbaycan qaz ixracını 16% artırıb

229

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 2 044 476,78 min ABŞ dolları dəyərində 11 143 430,25 min kubmetr təbii qaz ixrac edib.

“APA-Economics”in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, bu ilin 10 ayı ərzində Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 8,6%, həcmi isə 16,2% çoxdur.

Xatırladaq ki, ötən il Azərbaycan 2 366 833,7 min ABŞ dolları dəyərində (57,9% artım) 12 537 405,17 min kubmetr (58,7% artım) təbii qaz ixrac edib.