Azərbaycanın Birinci vitse-prezidenti Cəbrayıldan videogörüntülər paylaşdı

284

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instagram səhifəsində işğaldan azad edilmiş Cəbrayıl rayonundan videogörüntülər paylaşıb.

“Report” xəbər verir ki, Birinci vitse-prezident videogörüntüləri “Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN” mətni ilə paylaşıb və #QarabağAzərbaycandır haştaqı əlavə edib.

Qeyd edək ki, noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.